10 mindən çox "Jeep" geri çağırılır


Digərləri 22 Dek 2017 21:36:00 285 0

10 mindən çox "Jeep" geri çağırılır

"FCA Rus" şirkəti Rusiyada 10 mindən çox "Jeep" avtomobilini geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar əyləc gücləndiricilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.