DİQQƏT: Bu müəllimlər attestasiyadan keçiriləcək


Digərləri 22 Dek 2017 17:47:00 218 0

DİQQƏT: Bu müəllimlər attestasiyadan keçiriləcək

Gələn il musiqi məktəblərində dərs deyən musiqi müəllimləri attestasiyadan keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

2017-ci ili mədəniyyət sahəsinin inkişafı üçün uğurlu il sayan nazir əlavə edib ki, Bakı şəhərində və ətraf qəsəbələrdə də mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin şəraiti yaxşılaşdırılır.

Ə.Qarayev deyib ki, hazırda Şağanda və Qızıldaş qəsəbələrində yeni mədəniyyət müəssisələrinin inşası davam etdirilir. Yaxın aylarda həmin müəssisələrin açılışı planlaşdırılır.