Gürcüstan Ermənistana dəhliz açdı FOTO


Dünya 22 Dek 2017 17:35:00 262 0

Gürcüstan Ermənistana dəhliz açdı  FOTO

Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə bəyanatı Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.

Son.az virtualaz-a istinadən xəbər verir ki, bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış "Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında" sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə barədə dünən parlamentdə hökumətin yeni tərkibinin müzakirəsi zamanı müxalif "Milli hərəkat" partiyasının tələbi ilə  Gürcüstanın baş naziri Georgi Kvirikaşvili danışıb.

"Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər", - Kvirikaşvili deyib.

Hökumət başçısının bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tbilisinin Rusiyanın ÜTT-yə qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.

Gürcüstanın sabiq xarici işlər naziri, "Vahid milli hərəkat" müxalif partiyasının üzvü Qroqol Vaşadze əmindir ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır.

"Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil", - "Rustavi 2" telekanalının efirində Vaşadze bildirib.

Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərinmi açıqlamağa çağırıb.