Azərbaycanda şok olay: Hərbi hissə komandirini şantaj edən tutuldu


Digərləri 22 Dek 2017 16:52:00 298 0

Azərbaycanda şok olay: Hərbi hissə komandirini şantaj edən tutuldu

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi hissə komandirini şantaj edərək ondan pul alan şəxsi saxlayıblar.

Son.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əldə edilən məlumatlara görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Tural Məmmədov saxlanılıb. Əməliyyatçılar onu cinayət başında - 300 manat məbləğində pul alarkən yaxalayıblar.

Hər şey ondan başlayıb ki, Dağlıq Qarabağda gedən Aprel döyüşləri zamanı Lələ Təpənin alınmasında iştirak edən, N saylı hərbi hissənin hərbi qulluqçusu (ad çəkilmir) bir neçə günlüyə məzuniyyətə çıxıb. Əsgər evə valideynlərinin yanına gəlib.

Azərbaycanda belə bir adət var ki, əsgər evə gedəndə bütün qohumlar onun valideynlərinin evinə yığışırlar. Bu dəfə də elə olub. Evdə açılan bayram süfrəsinin başında söhbət zamanı hərbi qulluqçu dayısının onun xidmət etdiyi hərbi hissənin komandiri ilə keçmiş xidmət yoldaşı olduqlarını öyrənib.

Məlum olub ki, dayının həmin komandirlə bağlı gözəl xatirələri və dostluq münasibətləri var. Hərbi hissəyə qayıtmaq vaxtı çatanda dayı bacısı oğluna narla dolu bağlama verib ki, onu hərbi xidmət yoldaşı olan komandirə çatdırsın.

Hərbi hissəyə gedərkən əsgər Cəlilabad rayonuna baş çəkib və zəng etmək istəyib. Onun telefonunda kontur olmadığına görə, təsadüfən yanında olan Tural Məmmədovdan zəng etmək üçün telefonunu xahiş edib. Tural Məmmədov telefonun diktofonunu qoşaraq onu əsgərə verib. Söhbət zamanı hərbi qulluqçu komandirə bildirib ki, ona hədiyyə gətirib. Sonra əsgər hərbi hissəyə qayıdıb və komandirə çatacaq bağlamanı verib.