Gəncədə FACİƏVİ OLAY: evində diridiri yandı


Digərləri 22 Dek 2017 16:25:00 207 0

Gəncədə FACİƏVİ OLAY: evində diridiri yandı

Gəncədə yaşayış evində yanğın olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.

Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.