2 yaşlı oğlanı meymunlar böyüdür FOTO


Digərləri 22 Dek 2017 16:30:00 299 0

2 yaşlı oğlanı meymunlar böyüdür  FOTO

2 yaşlı Samarta Banqari meymunlarla oynamağı çox sevir. Lanqur cinsindən olan meymunlarla da onunla əylənir, eyni zamanda sanki tərbiyə edir, böyüdürlər.

Son.az Hindustan Times-a istinadən bildirir ki, Hindistanın cənubundakı Allapur şəhərində yaşayan balaca Samarta sürəkli olaraq 24 lanqur meymunu ilə birlikdədir.

Samarta sanki Redyard Kiplinqin "Cəngəlliklər kitabı"ndakı Mauqlidir.

Samartanın dayısı Barama Reddinin dediyinə görə, uşaq hələ normal danışa bilməsə də, meymunlar onu, o da meymunları "anlayır: "Meymunlar sanki onu təlim-tərbiyə edirlər, dərslər keçirlər. Kənd camaatı narahatdır. Daha doğrusu, qorxurlar. Çünki meymunların belə davranışı çox qəribədir".


Xəbərə aid fotolar