“Azərbaycan Dəmir Yolları ” QSC “Milli Net 2017” müsabiqəsində II yerə layiq görülüb (FOTO)


Digərləri 22 Dek 2017 14:54:00 225 0

“Azərbaycan Dəmir Yolları ” QSC “Milli Net 2017” müsabiqəsində II yerə layiq görülüb (FOTO)

Milli İnternet Mükafatı – “Milli Net 2017” qaliblərinin təqdimat mərasimi keçirilib.

Bakı. Milli İnternet Mükafatı – “Milli Net 2017” qaliblərinin təqdimat mərasimi keçirilib. 9-cu il keçirilən “Milli Net 2017” müsabiqəsinin 2017-ci il üçün qalibləri elan olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqəyə 392 internet resursu təqdim olunub. Onlardan 291-i müsabiqədə iştirak hüququ qazandı. Qaliblər iki turda 19 nəfərlik münsif heyəti tərəfindən seçildi. Belə ki, ilk turda 291 resursdan 96-sı 18 nominasiyada seçilərək ikinci tura keçdilər.