"Gürcüstan Azərbaycan bazarını avtomobil ixracı üçün bərpa edib" Nazir


Dünya 22 Dek 2017 13:34:00 246 0

"Gürcüstan Azərbaycan bazarını avtomobil ixracı üçün bərpa edib"  Nazir

Azərbaycan bazarını avtomobil ixracı üçün bərpa etmişik.

Son.az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

"Akzis strukturunu dəyişdiyimizə görə, praktiki olaraq biz Azərbaycan bazarını bərpa etdik və bizim treyderlər yeni avtomobillər gətirməyə başladı. Əgər 2016-cı ildə təkrar ixrac 75 milyon təşkil etmişdisə, 2017-ci ildə bu göstərici 106 milyona çatıb", - deyə o bildirib.

Nazir ölkədə avtomobil parkının yenilənməsinə də toxunub: "Əgər 2016-cı ildə 9 ilə qədər olan avtomobillərin payı 30% idisə, hazırda bu göstərici 77%-ə qədər artıb".