Damarlarını kəsən direktordan kim pul istəyib?


Digərləri 22 Dek 2017 12:27:00 246 0

Damarlarını kəsən direktordan kim pul istəyib?

Göyçay şəhər 9 saylı orta məktəbin direktoru Akif Qədirlinin qollarını doğraması ilə bağlı istintaq aparılır.

Son.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov femida.az-a açıqlamasında bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntihara cəhd etmənin səbəbləri istintaq yolu ilə araşdırılacaq.

Qeyd edək ki, A.Qəribov dekabrın 21-i axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan A.Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.