ABŞ Qüds qətnaməsinə görə 64 dövlətə “təşəkkür ziyafəti” verəcək


Dünya 22 Dek 2017 10:12:00 201 0

ABŞ Qüds qətnaməsinə görə 64 dövlətə “təşəkkür ziyafəti” verəcək

Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək

ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.

“Report” “Haberler”ə istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.

O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti adlandırıb.

Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi “İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib. 

ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.

Gürcüstan,Ukrayna, Moldova, Monqol Eli, Zambiya daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.

Beləliklə, ABŞ yanvarın 3-də İsrail də daxil olmaqla 64 dövlətin nümayəndəsinə “təşəkkür ziyafəti” verəcək.