Bakı Ali Neft Məktəbində “Mühəndis Günləri 2017” adlı tədbir keçirildi


Digərləri 22 Dek 2017 09:57:00 395 0

Bakı Ali Neft Məktəbində “Mühəndis Günləri 2017” adlı tədbir keçirildi

Bakı Ali Neft Məktəbində Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və "MA Engineering Academy"-nin təşkilatçılığı ilə "E-Days'17" (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub. Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Son.az xəbər verir ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB - in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.

Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri İlkin Həmidov, T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və Keepface şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.


Xəbərə aid fotolar