Bakı Ali Neft Məktəbində "Mühəndis Günləri 2017" tədbiri keçirilib ((FOTO)


Digərləri 22 Dek 2017 09:42:00 228 0

Bakı Ali Neft Məktəbində "Mühəndis Günləri 2017" tədbiri keçirilib ((FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”nin təşkilatçılığı ilə “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”nin təşkilatçılığı ilə “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub. Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB-in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.