Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı


Digərləri 22 Dek 2017 09:39:30 280 0

Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı

Bakıda intihar hadisəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Yavər Həsənov küçəsində baş verib. Həmin küçənin sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb.

İntiharın səbəbləri məlum deyil.