ABŞda sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı


Digərləri 22 Dek 2017 08:52:00 240 0

ABŞda sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı

ABŞ-ın Rutqers Universitetinin elm adamları ölkənin şimal-şərqində yerin altından üstünə doğru çıxan, əriyən qaya kütlələri tapıb.

Son.az xəbər verir ki, bu barədə "Science Alert" dərgisi məlumat yayıb.

Araşdırma əsnasında minlərlə geoloji sensordan yaradılan şəbəkədən istifadə edilib. Sensorların ötürdüyü bilgiləri analiz edən mütəxəssislər Yerin 200 km dərinliyində termik (havanın temperaturunun çoxillik orta temperaturdan kənara çıxması) anomaliya kəşf edib. 400 km diametri olan qabarcığın temperaturunun ətrafındakı qayaların temperaturundan 200 dərəcə çox olduğu ortaya çıxıb.