Məşhurların qırmızı xalçada dəb yarışı FOTO


Digərləri 22 Dek 2017 07:48:00 269 0

Məşhurların qırmızı xalçada dəb yarışı  FOTO

Baş rollarda Özge Özpirinçci və Buğra Gülsoyun oynadığı "Acı, Tatlı və Ekşi" filminin qala gecəsi baş tutub.

Son.az xəbər verir ki, təsirli sevgi hekayəsindən bəhs edən qala gecəsində ekran işinin baş rol ifaçıları, filmin rejissoru Andaç Haznedaroğlu, həmçinin Yusif Akgün, Gözdə Türkpençe, Osman Alkaş, Füsun Dəmirəl, Cenk Doğar, Rahmi Dilligil, Ferda İşıl, Somer Karvan və başqa aktyor heyəti iştirak edib.

Gecədə Yılmaz Ərdoğan, Demet Akbağa, Dolunay Soysertt, Selin Şekerci və Ezgi Molaya kimi çox sayda məşhurlar da iştirak edib. Onların hər biri qırmızı xalçaya çıxaraq fotoqraflara poza verib.

"Acı, Şirin Və Turş" filminin yaradıcı heyəti nümayiş öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Filmin ssenarisini da yazan Buğra Gülsoy "Çəkilişlər keçən yay baş tutub. Film hamımızın ürəyimizcə oldu. İnsanların izləyərkən bütün duyğuları içində tapacağı, real həyata yaxın filmdir. Ümid edirəm ki, bəyəniləcək", - deyə bildirib.