İsrail BMTnin Qüdsə dair qərarını qəbul etmir


Dünya 21 Dek 2017 23:54:00 260 0

İsrail BMTnin Qüdsə dair qərarını qəbul etmir

İsrail BMT Baş Assambleyasının Qüdsə dair qərarını qəbul etmir və bir çox ölkənin yəhudi dövlətini dəstəkləməsindən məmnundur.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə İsrail baş nazirinin dəftərxanasından bildirilib.    "Qərarı qarşı çıxış edən dövlətlər arasında baş nazir Binyamin Netanyahunun səfər etdiyi Avropa, Afrika və Latın Amerikası ölkələri var", - deyə məlumatda bildirilir.       "İsrail ABŞ prezidenti Donald Yrampa  Qüdsə dair birmənalı mövqe nümayiş etdirdiyinə görə təşəkkür edir və İsrail - həqiqətlə birgə səs vermiş ölkələrə minnətdarlığını bildirir"      Qeyd edək ki, BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.