Donald Tramp və Kral Salman telefonda nəyi müzakirə etdilər?


Dünya 21 Dek 2017 23:48:00 259 0

Donald Tramp və Kral Salman telefonda nəyi müzakirə etdilər?

Salman və Tramp Yəməndəki Husilərə raket təmin edən İran rejiminin Səudiyyə Ərəbistanı və bölgə təhlükəsizliyini təhdid edən hərəkətlərindən dolayı məsuliyyәt daşıdığını vurğulayıb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Ağ Ev rəhbəri Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada atdığı ballistik raket hücumunu qınayıb:

"Bu raket hücumu ölkənizin təhlükəsizliyi və sabitliyinə açıq müdaxilədir və qəbuledilməzdir. ABŞ hər zaman olduğu kimi, bu gün də Səudiyyə Ərəbistanının yanında olacaq".

.