Toyda bəy və gəlinə Bitcoin hədiyyə edilib


Digərləri 21 Dek 2017 23:05:00 217 0

Toyda bəy və gəlinə Bitcoin hədiyyə edilib

Hindistanda Praşant Şarma və Niti Şri evlənməyə hazırlaşanda, qərara alıblar kı, onların toy məclisinə gələnlər onlara ənənəvi hədiyyə yox, qeyri-adi nəsə bağışlasınlar və gənc cüt bu arzularını qonaqlara çatdırıblar.

Bəy və gəlin onlara hədiyyə kimi Bitcoin bağışlanmasını xahiş ediblər.

Hindistanın cənubundakı Banqalor şəhərində yaşayan cütlüyün rəqəmsal startap şirkəti var, dostlarının əksəriyyəti isə texnoloji şirkətlərdə işləyirlər.

"Biz texnologiya ilə gecəyə sərmayəni birləşdirmək istədik, - Şarma deyir. - Valideynlərimizə fikrimizi izah etdik, onlar bizi anladı".

Praşant və Nitinin toyu dekabrın 9-da baş tutub, Hindistan Bankı investorlara Bitcoin almaqdan çəkinmək barədə xəbərdarlıq səciyyəli məsləhət verdikdən 4 gün sonra...

Lakin bu xəbərdarlıq ailəni və onların dostlarını ruhdan salmayıb.

Toya gələn 200 qonaqdan yalnız 15-i gəlinlə bəyə "ənənəvi hədiyyələr" verib.

Şarmanın sözlərinə görə, toyda onlara ümumilikdə $1,559 (təxminən 2635 manat) dəyərində Bitcoin hədiyyə edilib.

Fotonun müəllifiGETTY IMAGESImage captionBitcoin yalnız onlayn rejimdə mövcuddur.