Nəcasətə bulaşmış paltarı yumadan qurutmaq olar?


Digərləri 21 Dek 2017 22:15:00 270 0

Nəcasətə bulaşmış paltarı yumadan qurutmaq olar?

Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?

Son.az islam.az-a istinadən bildirir ki, nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola bilər. Hətta bunun da bəzi incə şərtləri vardır ki, əgər o şərtlər həyata keçməsə, divar və yer səthi pak sayılmaz. Paltar, qab və sairə bu kimi kiçik, hərəkət etdirilə bilən əşyaları Günəş şüası ilə pak etmək olmaz. Paltar su ilə təmiz yuyulandan sonra iki dəfə suya çəkilməklə və hər dəfə sıxılıb suyu alınmaqla pak olar.