Mutkonun taleyi bəlli oldu


Dünya 21 Dek 2017 22:03:00 253 0

Mutkonun taleyi bəlli oldu

Rusiyanın baş nazirinin müavini Vitali Mutko Rusiya Futbol İttifaqının (RFİ) prezidenti postunu könüllü tərk edəcək.

Son.az Kommersant-a istinadən bildirir ki, bunun səbəbi dopinq qalmaqalı ilə bağlı Rusiya futboluna edilən təzyiqlərdir. Beynəlxalq Olimpiya Komitəsinin fikrincə, dopinq qalmaqalına görə V.Mutko məsuliyyət daşıyır.

FİFA da V.Mutkonun postundan uzaqlaşdırılmasını qətiyyətlə təkid edir.

Rusiya Futbol İttifaqına isə haırda DÇ-2018-ə hazırlıq və mundialın keçirilməsinin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin sədr təyin ediləcəyi gözlənilir.

V.Mutko Rusiya prezidentinin Mərkəzi Federal Dairədə nümayəndəsi təyin olunacaq, baş nazirin müavini postunda qalacaq.