Bakı Yeni ilə hazırdır? Dənizkənarı Bulvar İdarəsi


Digərləri 21 Dek 2017 21:41:00 303 0

Bakı Yeni ilə hazırdır?  Dənizkənarı Bulvar İdarəsi

Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Bulvara gələn vətəndaşların daha təhlükəsiz şəraitdə dincəlməsini təmin etmək üçün təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçərək sutka ərzində fəaliyyət göstərməyə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.

Onun sözlərinə görə, Yeni il bayramı yekunlaşanadək təhlükəsizlik xidməti əməkdaşları sutkalıq iş rejimində çalışacaqlar:

R.Niftəliyev hesab edir ki, bu, bulvar ərazisinə gələnlərin daha yaxşı dincəlməsi üçün böyük əhəmiyyət kəsb edir.

Artıq bulvar ərazisindəki müxtəlif strukturların gücləndirilmiş iş rejimində çalışdıqlarını deyən müəssisə direktorunun sözlərinə görə, Yeni illə əlaqədar bulvar ərazisində 2 yolka quraşdırılır. Onlardan biri - 35 metrlik yolka Azərbaycan Dövlət Kukla Teatrının arxasında quraşdırılır.