Bakı Yeni ilə hazırdır? - Dənizkənarı Bulvar İdarəsi görülən işlərdən danışdı


Digərləri 21 Dek 2017 21:06:04 252 0

Bakı Yeni ilə hazırdır? - Dənizkənarı Bulvar İdarəsi görülən işlərdən danışdı

Yeni illə əlaqədar Dənizkənarı Bulvara gələn vətəndaşların daha təhlükəsiz şəraitdə dincəlməsini təmin etmək üçün təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçərək sutka ərzində fəaliyyət göstərməyə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Bulvara gələn vətəndaşların daha təhlükəsiz şəraitdə dincəlməsini təmin etmək üçün təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçərək sutka ərzində fəaliyyət göstərməyə başlayıb. Bunu Trend-ə Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib. Onun sözlərinə görə, Yeni il bayramı yekunlaşanadək təhlükəsizlik xidməti əməkdaşları sutkalıq iş rejimində çalışacaqlar: R.Niftəliyev hesab edir ki, bu, bulvar ərazisinə gələnlərin daha yaxşı dincəlməsi üçün böyük əhəmiyyət kəsb edir.