Universitet əməkdaşları əmək haqqının 70 faizi məbləğində bayram mükafatı alacaqlar


Digərləri 21 Dek 2017 20:56:00 307 0

Universitet əməkdaşları əmək haqqının 70 faizi məbləğində bayram mükafatı alacaqlar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi dəyərində maddi yardım ediləcək.