"2017İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransın MÜRACİƏTİ qəbul edilib


Digərləri 21 Dek 2017 18:04:00 289 0

"2017İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransın MÜRACİƏTİ qəbul edilib

Son.az Trend-ə istinadən bildirir ki, "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət qəbul edib.

Müraciətdə deyilir:

"21 dekabr 2017-ci il tarixində dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçilərinin iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində "2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlər arası dialoq" adlı Beynəlxalq Konfrans keçirilmişdir.

Konfrans iştirakçıları,

Mədəniyyətlər və dinlərarası dialoqun, milli, mədəni və dini dəyərlərin və ənənələrin qorunmasına və inkişafına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab İlham Əliyevin elan etdiyi "İslam Həmrəyliyi İli" çərçivəsində dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda, Finlandiyada, İranda, Türkiyədə, Rusiyada, Özbəkistanda və İspaniyada keçirilmiş birgə konfransları təqdir etdilər və Azərbaycan Respublikasının Prezidentinin bu tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdilər;

Türkiyə Respublikası Prezidentinin, İran İslam Respublikasının Prezidentinin, Özbəkistan Respublikası Prezidentinin, Müqəddəs Taxt-Tacın, Ekumenik Patriarxının, Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətnamələrini alqışladılar;

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyini vurğuladılar. Bu sahədə qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdilər;

Ayrı-seçkiliyin, ksenofobiyanın, terrorçuluğun, separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildirdilər;

Özündə bəşəri dəyərləri əks etdirən İslam və bütün səmavi dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfə verdiyini, humanizmin, sülhün və ədalətin bərqərar edilməsinə xidmət etdiyini bildirdilər;

İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğuladılar;