Zaqatalada 120 kv/mlik otaqlı ev yanaraq kül oldu VİDEO FOTO


Digərləri 21 Dek 2017 17:20:00 242 0

Zaqatalada 120 kv/mlik otaqlı ev yanaraq kül oldu  VİDEO  FOTO

Zaqatalada fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Dardoqqaz kəndində, kənd sakini Nəriman Əhməd oğlu Babayevə məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar