Binəqədidə kafe yandı


Digərləri 21 Dek 2017 15:34:00 308 0

Binəqədidə kafe yandı

Paytaxtın Binəqədi rayonunda yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 34 kv.m olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 34 kv.m sahədə, bitişik olan müxtəlif təyinatlı obyektlərin tavanı və taxta atmaları 136 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.