"Bakıda başlayan dinlərarası dialoq prosesi davam etdirilməlidir"


Digərləri 21 Dek 2017 14:31:24 249 0

"Bakıda başlayan dinlərarası dialoq prosesi davam etdirilməlidir"

Bu gün dünyada mövcud problemlər fonunda dinlərarası dialoqa böyük ehtiyac var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda deyib.

M.Qurbanı bildirib ki, bu gün dünyada sürətlə silahlanma müşahidə olunur, münaqişə ocaqları mövcuddur:

"Bütün bunların fonunda dinlərarası dialoqa böyük ehtiyac var və Bakıda başlayan bu proses davam etdirilməlidir".