“Facebook” like tələb edən səhifələri az göstərəcək


Digərləri 21 Dek 2017 08:55:00 275 0

“Facebook” like tələb edən səhifələri az göstərəcək

"Facebook" sosial şəbəkəsi istifadəçiləri hər hansı yazını, statusu like etməyə, onu paylaşmağa və digər üsullarla yaymağa çağırış edən paylaşımların reytinqini azaldacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook"un rəsmi açıqlamasında bildirilir.   Açıqlamada deyilir ki, şirkət mütəxəssisləri bu cür cəlbetmə taktikasından yararlanan postları müəyyənləşdirən xüsusi alqoritm hazırlayıblar. "Facebook" xəbərdarlıq edib ki, bu cür taktikadan istifadə edən şirkətlər və ya digər publik səhifələrin paylaşımları, statusları xəbər lentində daha az görünəcək və onlar daha az auditoriyanı əhatə edəcək.