“Meizu” bu il 20 milyon smartfon satıb


Digərləri 21 Dek 2017 08:46:00 484 0

“Meizu” bu il 20 milyon smartfon satıb

Çinin "Meizu" şirkətinin nümayəndələri bildiriblər ki, cari ildə 20 milyon smartfonunun satışına nail ola biliblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Meizu" nümayəndələri bildiriblər ki, onların hesablamalarına əsasən, bu il smartfon satışı 2016-cı illə müqayisədə zəifləyib.   Bildirilir ki, 2017-ci ildə cəmi 20 milyon ədəd smartfon satışı həyata keçirilib, halbuki 2016-cı ildə bu rəqəm 22 milyon ədəd cihaza çatıb.   Analitiklər iddia edirlər ki, cari ildə belə satışların əsas səbəbi uğursuz "Meizu Pro 7" modeli ola bilər.   Xatırladaq ki, "Meizu"nun ən yaxın rəqibi olan "Xiaomi" şirkəti təkcə keçən rüb ərzində 27 milyon ədəddən çox mobil cihazın satışını həyata keçirə bilib.