KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçıb


Dünya 21 Dek 2017 05:59:11 239 0

KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçıb

"Aşağı rütbəli" KXDR hərbçisi "qatı duman"dan istifadə edərək gecə saatlarında qərb nəzarət-buraxılış məntəqəsində görünüb

Daha bir Şimali Koreya hərbçisi quru sərhədi ilə keçməklə Cənubi Koreyaya qaçıb.

“Report” xəbər verir ki, bu barədə Qərərgah Rəisləri Komitəsinə istinadən "Renxap" agentliyi məlumat yayıb.

Bildirilir ki, "aşağı rütbəli" KXDR hərbçisi "qatı duman"dan istifadə edərək gecə saatlarında qərb nəzarət-buraxılış məntəqəsində görünüb.

Bundan əvvəl noyabrda KXDR əsgərinin demilitarizasiya edilmiş zonadan Cənubi Koreyaya keçdiyi məlum olmuşdu. Sonradan Seul qaçışın təfərrüatlarını açıqlamışdı.