İraqın şimalındakı Kürd Muxtariyyətinin hökuməti dağıldı


Dünya 20 Dek 2017 19:24:00 265 0

İraqın şimalındakı Kürd Muxtariyyətinin hökuməti dağıldı

İraqın şimalındakı Kürd Muxtariyyətində fəaliyyət göstərən "Goran" Dəyişiklik Hərəkatı və "Əl-Cəmaat əl-İslamiyya" partiyaları koalisiya hökumətindəki nümayəndələrini geri çağırdıqlarını açıqlayıblar. 

Son.az report-a istinadən xəbər verir ki, "Goran" hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyindən istefa verəcəyini bildirib.

Muxtariyyətin 8-ci hökumətində "Goran"ın təmsilçiləri maliyyə, ticarət, dini işlər, sərmayə nazirliklərinə və "peşmərgə" adlanan silahlılara rəhbərlik edirdilər. Partiya parlamentdə 24 deputatla təmsil olunur.