Moskva BOMBA həyəcanı yaşayır


Dünya 20 Dek 2017 17:51:00 242 0

Moskva BOMBA həyəcanı yaşayır

Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.

Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.

Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.