Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır - RƏSMİ (ÖZƏL)


Digərləri 20 Dek 2017 15:29:13 227 0

Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır - RƏSMİ (ÖZƏL)

Avropa İttifaqı özünün mühüm tərəfdaşı olan Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini təkrarladı

Bakı. Gülqız Muradova - Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik. Trend-in məlumatına görə, bunu Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib. Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi Prezident Donald Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.