Üç gün əvvəl hər şey yandı...


Digərləri 20 Dek 2017 13:29:00 337 0

Üç gün əvvəl hər şey yandı...

Əvvəlcə bu fotolara nəzər salaq...

Son.az İslam.Az-a istinadən xəbər verir ki, 3 gün əvvəl Xətai rayonunda baş verən yanğın bir ailəni evsiz-eşiksiz qoydu. Damda qısa qapanmadan meydana gələn hadisə xoşbəxtlikdən insan tələfatı olmadan ötüşdü. Ev tamamilə yandı. Əşyalarla birlikdə. El arasında adətən belə halları nəql edəndə "yazıqlar bir kibrit çöpü də çıxara bilmədilər" deyirlər. Bu hadisə elə həmin qəbildən olan hadisələrdən idi. Amma bir maraqlı məqamı oxucularımızın diqqətinə çatdırmaq istərdik. Evdə olan kitab şkafı da digər əşyalar kimi tamamilə yanıb kül olub. Cəmi bir kitabdan və bir sellofan torbada saxlanılan vərəqlərdən savayı. Söz açdığımız Kitab - Qurandır.

Şəkildən də göründüyü kimi, səhifələrin kənarları yansa da, od mətnə heç bir xətər yetirməyib: Kitabın ancaq üz qabığı yüksək temperatur və alovun söndürülməsi zaman istifadə edilən suyun təsiri nəticəsində yararsız hala düşüb. Kitabın vərəqləri bir-birindən qopsa da, istifadəyə yararlı haldadır...


Xəbərə aid fotolar