Qısqanc ər arvadını döydü,


Digərləri 20 Dek 2017 13:15:00 306 0

Qısqanc ər arvadını döydü,

Moskvada, Qızıl Meydanda çəkilmiş foto Anastasiya Ovsyannivovanın və Maksim Qribanovun son romatik görüntüləridir. Video ilə fotoları Anastasiyanın rəfiqəsi Yuliya çəkmişdi.

Yuliya indi həmin görüntüləri Anastasiya haqqında ən parlaq xatirələri kimi göstərir.

28 yaşlı Anastasiya Ovsyannkiva 6 gün koma vəziyyətində qalandan sonra xəstəxanada keçinib.

"O, çox gözəl, şəfqətli, yaxşı insan idi. Dəfnə bütün şəhər yığışmışdı", - Yuliya deyir.

... Rusiyanın Lipetsk viayətindəki Lebedyan şəhərində yaşayan Anastasiya Ovsyanikovanın vəhşicəsinə döyülmüş vəziyyətdə, yarıçılpaq fotoları sosial şəbəkələrdə yayılandan sonra polis təhqiqata başlamışdı.

Son.az Znak-a istinadən bildirir ki, A.Ovsyannikovanın onun qeyri-rəsmi nikahda yaşadığı əri Maksim Qribanov tərəfindən döyüldüyü dəqiqləşib.

34 yaşlı Maksim arvadını 5 saat ərzində döyəndən sonra qadının fotolarını çəkib və sosial şəbəkələrdə paylaşıb.

Döyülən Anastasiyanın naləsini qonşu qadın eşidib. O, Anastasiyanın atasına zəng vuraraq baş verənlərdən danışıb.

Qızının mənzilinə gələn Serge Yakuşin şoka düşüb. Ata, qızını ölümcül döyülmüş vəziyyətdə görüb və onu xəstəxanaya aparıb.


Xəbərə aid fotolar