Hacı Qalib Salahzadənin oğluna HÖKM OXUNDU


Digərləri 20 Dek 2017 12:10:24 250 0

Hacı Qalib Salahzadənin oğluna HÖKM OXUNDU

Bu gün Nəsimi Rayon Məhkəməsində sabiq deputat hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.