ABŞa üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb


Dünya 19 Dek 2017 23:55:00 295 0

ABŞa üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb

Donald Tramp prezident seçkisi zamanı söz vermişdi ki, müsəlman qaçqınların ABŞ-a gəlişini tam qadağan edəcək.

Tramp hesab edir ki, "ucdantutma" hamını ölkəyə buraxmaq terrorçuluqla bağlı risklərə yol açır.

Prezident seçiləndən sonra o, tam qadağaya nail olmasa da, müxtəlif qaçqın və mühacir proqramlarının ləğvi, viza şərtlərinin sərtləşdirilməsi və bəzi müsəlman ölkələrindən qaçqın qəbulunu dayandırmaq hesabına məqsədinə demək olar ki çatıb.

Son bir il ərzində ABŞ-a üz tutan müsəlmanların sayı kəskin azalıb.

Əgər 2016-cı ildə ABŞ 45 min müsəlman qaçqın qəbul etmişdisə, bu il (dekabrın 1-cən) onların sayı 11 min olub.