Əmək haqqlarını bitcoinlə ödəyəcək


Digərləri 19 Dek 2017 21:15:00 230 0

Əmək haqqlarını bitcoinlə ödəyəcək

Yaponiyanın böyük texnologiya şirkətlərindən biri olan "GMO Internet Inc." 4 710 nəfər tam ştatlı işçilərinin əmək haqqlarını bitcoin-lə ödəyəcək.

Son.az moneta.az-a istinadən bildirir ki, bu barədə "GMO Internet"in rəsmi bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, şirkətin və onun törəmə müəssisələrinin işçiləri yaxın gələcəkdə əmək haqqlarını yeni inteqrasiya edilmiş ödəniş sistemi vasitəsi ilə bitcoin-lə əldə etmək imkanına malik olacaqlar.

İlkin olaraq, "GMO Internet" işçilərin aylıq olaraq alacaqları bitcoin məbləğini 100 000 yenlə (təxminən 881 dollar) məhdudlaşdıracaq. Əmək haqqlarını bitcoin-lə alan işçilərin sayı artdıqca və yeni ödəniş sistemi problemsiz işlədikcə, şirkət 881 dollarlıq maksimum limiti yüksəldəcək. Həmçinin, əmək haqqlarını bitcoin-lə almaq istəyən işçiləri həvəsləndirmək üçün əmək haqqları 10% artırılacaq.