2018ci ildə daha böyük uğurlar əldə edəcəyik Aydın Əhmədov


Digərləri 19 Dek 2017 20:46:00 270 0

2018ci ildə daha böyük uğurlar əldə edəcəyik  Aydın Əhmədov

Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edərək 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib, ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup idman ustalarına, idmançılara fəxri diplom və fəxri fərmanlar təqdim edib.

Dövlət başçısının mükafatlandırdığı idmançılar arasında ölkəmizdə qeyri-olimpiya idman növlərinin inkişafına öz töhfəsini vermiş kikboksçuları da yer alıb. Bununla əlaqədar Azərbaycan Kikboksinq Federasiyasının tərkibində yer alan "Euro Fight" İdman Klubunun prezidenti Aydın Əhmədov müsahibəsində 2017-ci ildə kikboksinqdə qazanılan uğurlar, eləcə də gələcək hədəflərlə bağlı öz fikirlərini bölüşüb:  

-Aydın müəllim, 2017-ci ili başa vurmağa artıq sayılı günlər qalıb. Bu il sizin üçün necə yadda qaldı?

-2017-ci il bizim üçün olduqca uğurlu il oldu. Rəhbəri olduğum idman klubumuz yaddaqalan, möhtəşəm yarışlara imzasını atmağı bacardı. Misal olaraq Sumqayıt şəhərində keçirilən peşəkar kikboksinq yarışını göstərə bilərəm. İlk dəfə olaraq açıq havada keçirilən beynəlxalq yarış öz rəngarəngliyi ilə yaddaşlarda dərin iz buraxdı. Hesab edirəm ki, son illərdə ölkəmizdə idman sahəsində uğur əldə etmək elə ölkənin uğuruna bir pay qatmaq deməkdir. Ümüd edirəm ki, 2018-ci ildə daha böyük uğurlar əldə edə biləcəyik.

- Etiraf edirsizmi ki, illərdir çalışdığınız biznes sektorunda qazandığınız uğurlara baxmayaraq, Aydın Əhmədov ən çox "Euro Fight" ilə tanındı?

- Əlbəttə. Deyərdim ki, "Euro Fight" öz müvəffəqiyyətləri ilə mənim brendimə çevrildi. Kikboksinq idman növünün inkişafına dəstək verməyə başlayanda bu qədər uğur qazanacağımıza inanmırdım. Amma ildən-ilə klubumuzun idmançılarının istər ölkəmizdə keçirilən, istərsə də xaricdə baş tutan beynəlxalq yarışlarda qazandıqları medalları, kəmərləri gördükcə həvəslənirəm. Bu, bir növ mənə stimul verir. Hər dəfə klubumuzun kikboksçularının qazandığı uğurların şahidi olanda sevincimin həddi hüdudu olmur. Bu qürur hissini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Təsəvvür edin, Azərbaycanımızın adı ən mötəbər idman arenalarında səslənir, üçrəngli bayrağımız yüksəklərdə dalğalanır, bundan böyük fəxarət hissi varmı?!

- Klubun baş məşqçisi Emil Hacıyev tanınmış kikboksçu, əməkdar idman ustasıdır və ölkə başçısının təltif etdiyi gənc idmançılar arasında yer alır. Deyə bilərikmi ki, Emil məhz elə "Euro Fight"ın siması kimi daha çox tanındı və klubu tanıtdırdı?