Sabah Bakının bu hissələrində qaz olmayacaq


Digərləri 19 Dek 2017 18:50:00 231 0

Sabah Bakının bu hissələrində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Bakı. Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.