Hoteldə dostunu bıçaqlayan şəxsə hökm oxundu


Digərləri 19 Dek 2017 14:10:00 178 0

Hoteldə dostunu bıçaqlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Teymur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Qasımov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən "Shah Palace" adlı hoteldə qeydə alınıb.