Bəyənməyib atdığımız qidalar xərçəngdən qoruyur ARAŞDIRMA


Digərləri 19 Dek 2017 13:38:00 256 0

Bəyənməyib atdığımız qidalar xərçəngdən qoruyur  ARAŞDIRMA

Bəzən yemək istəməyib atdığımız qida qalıqları və istifadə etmədiyimiz ədviyyatlar əslində vücudumuzu xərçəng xəstəliyinə qarşı qoruyur.

Son.az Media24.az-a istinadən xəbər verir ki, bu məlumatı, bitkilərlə müalicə araşdırmaları aparan Fototerapeya Mərkəzinin rəhbəri mütəxəssis Kartal açıqlayıb.

Həkimin sözlərinə görə əksər insanın istifadə etmədiyi zərdəçal (sarıkök) xərçəngə qarşı qalxan rolunu oynayır. Xəstəliyə səbəb olan hüceyrələri öldürür və inkişaf edərək çoxalmasının qarşısını alır. Həzm prosesi çətin gedən xəstələrin müalicəsində də müsbət effekt verir. Həmçinin şəkərli diabet xəstəlik riskini də azaldır.

Bunun üçün 1 çay qaşığı zərdəçalı kiçik bir qaba qoyun. Üzərinə 1 yemək qaşığı zeytun yağı damcılladın. Daha sonra yarım çay qaşığı qara bibər əlavə edib qarışdırın. 10 dəq ərzində istifadə etməyin.