Azərbaycanda bələdiyyələrə qəbiristanlıqlarla bağlı səlahiyyət verilir


Digərləri 19 Dek 2017 12:21:00 231 0

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqlarla bağlı səlahiyyət verilir

Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda bələdiyyələrə qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkili üçün səlahiyyət verilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında “qanuna dəyişikliklərdə öz əksini tapıb.