Səmada otel otağı təki ən yaxşı


Digərləri 19 Dek 2017 12:16:00 272 0

Səmada otel otağı təki  ən yaxşı

YouTube-un populyar vloqerlərindən olan Keysi Neystat ötən həftə "Emirates" aviaşirkətinin biznes-klasının dünyanın ən rahat uçuş məkanı olduğunu bəyan etmiş, bununla bağlı video paylaşmışdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, londonlu aviasiya eksperti Aleks Maçeras isə deyir ki, "Singapore Airlines" aviaşirkətinin "Airbus A380" təyyarəsindəki biznes-klassda sərnişinlərə təklif edilən servisin səviyyəsi və xidmətlərin çeşidi daha yüksəkdir.

Ötən həftə "Airbus"un Fransanın Tuluza şəhərindəki baş ofisindən Sinqapurdakı Çanqi beynəlxalq hava limanına "Airbus A380" ilə yollanmış A.Maçerasın sözlərinə görə, bu təyyarədəki biznes-klasda sərnişin özünü ABŞ prezidentinin "Air Force One" təyyarəsindəki təki hiss edir.

"Bəhs etdiyim aviaşirkətin biznes-klass yerləri sanki birotaqlı lüks otel nömrəsidir. Məncə, dünyada ən yaxhı biznes-klasdır", - A.Maçeras deyib.


Xəbərə aid fotolar