Bakıda avtobus sürücüsü infarkt keçirərək zəncirvari qəza törətdi FOTO


Digərləri 19 Dek 2017 12:04:00 244 0

Bakıda avtobus sürücüsü infarkt keçirərək zəncirvari qəza törətdi  FOTO

"Azadlıq" metro stansiyası yaxınlığında avtobus sürücüsü zəncirvari qəza törədib.

Son.az xəbər verir ki, lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub.

Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan "Hyundai" markalı avtomobili 200 metr sürüyüb. "Hyundai" markalı avtomobil isə yol düzəldən maşına çırpılaraq dayanıb. Hadisə şahidləri bildiriblər ki, avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.


Xəbərə aid fotolar