Bakıda sükan arxasında döyülən sürücü qəza törətdi,


Digərləri 19 Dek 2017 09:08:00 301 0

Bakıda sükan arxasında döyülən sürücü qəza törətdi,

Bakıda sükan arxasında döyülən sürücü qəza törədib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Nurlan Həsənli idarə etdiyi 99-FD-939 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ilə Akim Abbasov küçəsindən sağa - Şəfayət Mehdiyev küçəsinə dönən zaman avtomobildə tanışı olan bir qadın və bir kişi ilə mübahisə edib. Mübahisə zamanı sürücü N.Həsənli döyülüb. Bu zaman N.Həsənli idarəetməni itirərək yol kənarında motosikletləri təmir edən 1992-ci il təvəllüdlü Hüseynov Röyal Rəcəb oğlunu vurub. 

Daha sonra idarəetmədən çıxan maşın 90-VB-577 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil arxasında dayanan sonuncu avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cəmiyev Elçin Yaşar oğlunu vuraraq avtomobilə çırpıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Cəmiyev koma vəziyyətindədir. Avtomobildə olan N.Həsənliyə hadisə yerində ilkin tibbi yardım göstərilib.


Xəbərə aid fotolar