Abşeronda Mercedes qadını və onun azyaşlı uşağını vurub


Digərləri 19 Dek 2017 08:58:00 241 0

Abşeronda Mercedes qadını və onun azyaşlı uşağını vurub

Hadisə zamanı Günel Cavadova hadisə yerində dünyasını dəyişib

Abşeronda, Novxanı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə zamanı 1990-cı il təvəllüdlü Novxanı qəsəbə sakini Cavadova Günel Aydın qızı hadisə yerində dünyasını dəyişib.   Qeyd edək ki, hadisəni 90-GH-161 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü törədib. O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.   Hadisə zamanı həmçinin G. Cavadovanın 4 yaşlı övladı Cavadov Salman Ucal oğlu ağır xəsarət alıb. O, 1 Saylı Tibbi Kliniki Mərkəzə yerləşdirilib.