Rusiyada Bitkoinin alqısatqısı qanuni olacaq


Digərləri 19 Dek 2017 08:35:00 216 0

Rusiyada Bitkoinin alqısatqısı qanuni olacaq

Rusiyanın Maliyyə Nazirinin müavini Aleksey Moiseyev bitkoinin və digər kriptovalyutaların alışının ölkə daxilində qanuni olacağını vurğulayıb.

Son.az moneta.az-a istinadən bildirir ki, Moiseyev bu barədə RT-yə bildirib. Lakin, hökumət rəsmisi mayninqə qarşı ciddi mövqe ortaya qoyacaqlarını bildirərək,  "hüquqi təşkilatlar və fərdi sahibkarlar"la məhdudlaşdırılacaq kriptovalyuta maynerlərinin məcburi qeydiyyatını təklif edib. Digərləri üçün kriptovalyuta mayninqi qadağan ediləcək.

Kriptovalyutaları maliyyə piramidası və ya vergidən yayınma məqsədi ilə mayn edən operatorlar cəzalandırılacaq, Moiseyev əlavə edib.

Moiseyev xüsusilə də, bitkoin və digər kriptovalyutaların alqı-satqısının Rusiyada qanuni olacağını vurğulayıb. Hazırda Rusiyada bitkoin treydinqinə və ya mayninqinə qarşı hər hansı qayda və ya qanun yoxdur. Oktyabr ayının ortalarında Rusiya prezidenti Vladimir Putin və Rusiyanın əsas maliyyə tənzimləyiciləri arasında keçirilən görüşdə Rusiya lideri bitkoin kimi kriptovalyutaların mayninqini və təklifini müzakirə edib.

"Biz dövlətin kriptovalyuta emissiya prosesini və onun dövriyyəsini nəzarət altında saxlamaqla bağlı razılığa gəldik. Dövlət buna nəzarət etməlidir", həmin görüşdə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirmişdi.