Türkiyədə sərnişin avtobusu aşıb: 15 yaralı


Dünya 19 Dek 2017 08:23:00 210 0

Türkiyədə sərnişin avtobusu aşıb: 15 yaralı

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtobusun aşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım briqadaları cəlb olunub. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.