Yaponiya sahillərində zəlzələ olub


Dünya 19 Dek 2017 08:03:00 184 0

Yaponiya sahillərində zəlzələ olub

Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Nişimotedən 95 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.